KepezTV Player
Şəmkir rayon Polis Şöbəsinin və Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın əvvəlində rayonun Yuxarı Seyfəli kəndində vətəndaşa məxsus 6 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Məlum olub ki, əvvəllər məhkum olunmuş Kəlbəcər rayon sakinləri - Kazım İsmayılov, Asiman Salehov və Haqverdi Xıdırov qabaqcadan əlbir olaraq vətəndaşa məxsus tövlənin arxa hasarını söküb və oradan ümumi dəyəri 1220 manat olan 6 baş xırdabuynuzlu heyvanı oğurlayıblar. Heyvanları Haqverdi Xıdırova məxsus “Leksus” markalı avtomobillə Bərdə rayonuna apararaq satıb, əldə etdikləri pulları bölüblər. Araşdırmalar davam etdirilir.
- Baxış: 685