• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 687
— 03.12.2021 12:37

SOCAR-ın əməkdaşı Xəzərdə itkin düşüb

KepezTV Player

Dövlət Neft Şirkətinin əməkdaşı Xəzər dənizində itkin düşüb. Şirkətin Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumatda elektrik montyoru Namazov Mürsəl Həsənəli oğlunun Neft Daşlarında itkin düşdüyü bildirilir. O, dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb. Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən üçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur.