• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1167
— 02.12.2021 19:51

Şəhid baş leytenant dəfn olundu

KepezTV Player

Helikopter qəzasında həlak olan hərbi qulluqçulardan biri, Dövlət Sərhəd Xidmətinin zabiti, şəhid baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonun Şərq kəndinə gətirilib. Şəhidimiz böyük izdihamla son mənzilə yola salınıb.

Şəhid baş-leytenant Fərid Nağıyevin cənazəsi izdihamla qarşılandı. Kənd meydanında cənazə namazı qılındı. Şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərindəki Şəhidlər xiyabanında dəfn edildi. Şəhidimizin atası qürur duyduğunu deyir.

Şəhid Fərid Nağıyev, Vətən müharibəsinin şəhidi baş leytenant Xalid Gözəlovla yaxın dost olublar. Şəhid Xalid Gözəlovun atası Həsən Gözəlov deyir ki, övladı şəhadətə yüksəldikdən sonra hər zaman Fəriddən təsəlli alıb. Artıq Fərid də şəhadət zirvəsindədir.

Qeyd edək ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan 14 hərbçinin 11-i Bakıdakı ikinci Şəhidlər Xiyabanında, 3 şəhid hərbçi isə ailələrinin istəyi ilə doğulduqları rayonlarda torpağa tapşırılıb.