• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1176
— 02.12.2021 16:04

Gəncədə Futbol Akademiyası inşa olunacaq

KepezTV Player

Gəncədə Futbol Akademiyası inşa olunacaq. Bu barədə qərarı da AFFA-nın İcraiyyə Komitəsi verib. Qurum akademiyanın inşasını təsdiqləyib. Bu işlər AFFA tərəfindən keçirilmiş tenderə uyğun olaraq gerçəkləşdiriləcək. Bunadək Tovuzda da AFFA tərəfindən akademiya inşa olunub. İcraiyyə Komitəsi regionlarda klublara maliyyə dəstəyinin təmin olunması məqsədilə bölgələrdəki futbol klublarına dəstək fondu da təsis edib. Müvafiq hüquqi prosedurların həyata keçirilməsi milli assosiasiyanın baş katibliyinə tapşırılıb.