• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1405
— 30.11.2021 19:49

Fransız dilinin öyrənilməsi təkmilləşdirilir

KepezTV Player

Fransa- Azərbaycan Universitetlərarası əməkdaşlıq çərçivəsində fransız dili ixtisasını tədris edən müəllim  Gəncə Dövlət Universitetinə dəvət edilib. Benedikt Furye fransız dili fakultəsinin tələbələri ilə canlı konverseyşınlar apararaq fransız dilini praktiki cəhətdən öyrədir.

Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Universitetlərarası əməkdaşlıq müqaviləsinə əsasən tələbələrə həftədə 10 saat fransız dili tədris edilir. Xarici dilə olan marağın artırılması, özünü inkişaf məqsədi daşıyan əməkdaşlıq noyabrın əvvəlindən başlayıb.

Xarici universitetlərlə qarşılıqlı əməkdaşlıq tələbələr və pedoqoji heyət tərəfindən maraqla qarşılanıb.

İndiyədək Universitetlərarası əməkdaşlıq çərçivəsində 8 müəllim Gəncə Dövlət Universitetində Fransız dilindən tələbələrə praktik dərslər keçib.