• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2272
— 30.11.2021 19:29

Ana və iki övladı dəm qazından zəhərlənib, 9 yaşlı qız ölüb

KepezTV Player

Zaqatalada bir ailənin üç üzvü dəm qazından zəhərlənib.Hadisə günorta saatlarında Zaqatala şəhəri, Nizami küçəsi 88 ünvanında baş verib.Kirayədə yaşayan rayonun Suvagil kənd sakinləri olan 1988-ci il təvəllüdlü Lena  Kərimova, onun iki övladı - 2010-cu il təvəllüdlü Polad Məmmədov və 2012-ci il təvəllüdlü Aylin Məmmədova dəm qazından zəhərlənib. 9 yaşlı Aylin Məmmədova hadisə yerində ölüb. Ana və oğlu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-stabil qiymətləndirilir.