• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1497
— 30.11.2021 12:13

Su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində quraşdırılan mexaniki su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Müəyyən edilib ki, şəhər sakini, əvvəllər məhkum olunmuş, Əjdər Babazadə vətəndaşlara məxsus 13 ədəd su sayğacını oğurlayaraq ümumilikdə 520 manat maddi ziyan vurub. Babazadə maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.