• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 29.11.2021 20:39

Yaşayış kompleksinin mənzillərinin təmir nümunələri təqdim olunub

KepezTV Player

Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillər vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq Gəncə Yaşayış Kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif edilir. Agentliyin digər layihələrində olduğu kimi bu kompleksdə də güzəştli mənzillər ənənəvi olaraq 2 cür təmir edilib. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla tikinti standartlarına uyğun zövqlə təmir olunub.Mənzillər mətbəx mebeli, kombi isitmə sistemi , su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilib.