• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1787
— 29.11.2021 12:30

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib

KepezTV Player

İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfər edən Prezident İlham Əliyev Aşqabadda bir sıra görüşlər keçirib. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Azərbaycana təbrikin yer aldığı qətnaməsini diqqətə çatdırıb. Prezident İlham Əliyev bu sənədin qəbul edilməsinin yüksək qiymətləndirildiyini bildirib. Azərbaycan Prezidentinin Tacikistanlı həmkarı Emoməli Rəhmon, Pakistan Prezidenti Arif Alvi, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti İbrahim Rəisi ilə də görüşləri olub. Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalanıb. Dövlət başçısı İranın kütləvi informasiya vasitələrinə müsahibə verib.

Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq.