KepezTV Player
Daxili İşlər Nazirliyi Gəncə şəhərində polis əməkdaşının qəzaya düşərək ölməsi ilə bağlı məlumat yayıb. Məlumatda "bu gün saat 07:30 radələrində Gəncə şəhər Reginoal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyevin xidmətdə olarkən idarə etdiyi “Fiat Albea” markalı avtomobildə idarəetməni itirməsi nəticəsində maşının küçədə yerləşən mağazalardan birinə çırpıldığı" deyilir. Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır.
- Baxış: 824