KepezTV Player
Millət vəkili təhsildən danışarkən Gəncə şəhərində mövcud olan problemlərdən bir neçəsini diqqətə çatdırıb. Bildirib ki, Cavad xan qəsəbəsində 30 minə yaxın əhali yaşasa da, bu ərazidə məktəb yoxdur. Digər təhsil ocaqlarının isə olduqca uzaq məsafədə yerləşməsi gediş-gəlişi çətinləşdirir. Deputat bu qəsəbədə yeni məktəbin tikilməsi, həmçinin Gəncə şəhər 9 və 11 saylı orta məktəblərin yenidən qurulması işinin nəzərdə saxlanılmalı olduğunu vurğulayıb. Naqif Həmzəyev gəncəli futbol azarkeşlərinin yaralı yeri olan "Kəpəz" klubu ilə bağlı məsələyə də toxunub.
- Baxış: 446