• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2111
— 23.11.2021 20:47

Qanunsuz küçə ticarəti ilə bağlı monitorinq

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları küçə ticarətinin qarşısının alınması məqsədilə şəhərin sözügedən inzibati rayonunun ərazisində yoxlamalar həyata keçiriblər. Reyd zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar. Qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü  maddəsi ilə protokol tərtib olunub.