KepezTV Player
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil idarəsi və Dövlət Yol Polisi şöbəsinin əməkdaşları “Yol hərəkəti qaydalarını öyrənək” devizi altında məktəblərdə maaarifləndirici tədbirlər keçirir. Tədbirdə şagirdlərə bukletlər paylanıb, yol hərəkəti qaydaları izah olunub, onlara piyada keçidlərində, küçələrdə, yol kənarlarında təhlükəsizliyə riayət etmələri tövsiyə edilib. Sözügedən tədbir 3 gün davam edəcək. Seçilən mətkəblər isə əsas prospekt və küçələrə yaxın olan şəhərin 1, 16, 20, 25, 32 və 39 nömrəli təhsil müəssisələridir.
- Baxış: 618