• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 23.11.2021 20:33

Şəhidin anım günündə bulağın açılışı oldu

KepezTV Player

Vətən müharibəsində torpaqlarımızın azad edilməsində Göygöl rayonunda 29 nəfər şəhid olub. Onlardan biri də baş leytenant Elşad Allahverdiyevdir. Şəhidin anım günündə Göygöldə onun xatirəsinə inşa olunan bulağın açılışı olub. Rayon rəsmilərinin, ictimaiyyət nümayəndlərinin şəhid ailələri və qazilərin iştirak etdiyi tədbirdə şəhidin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb.  1997-ci ildə Göygöl rayonunda anadan olan Elşad Allahverdiyev orta təhsilini bitirdikdən sonra ali hərbi məktəbə daxil olub. Oxuduğu müddətdə hərbin bütün sirlərinə yiyələnən Elşad xidmətinə elə ön cəbhədə  N saylı hərbi hissədən başlayıb. Nümunəvi hərbii kimi komandirlərinin hörmətini qazanıb. İkinci Qarabağ müharibəsi başlayanda döyüş meydanında igidlik, şücayət göstərib. Atasının birinci Qarabağ müharibəsində yarımçıq qoyduğu işi qardaşı Rəşadla birlikdə Elşad Allahverdiyev tamamladı. Şuşada şəhidlik zirvəsinə ucalan qəhrəman "İgidliyə görə",Şuşanın azad edilməsinə görə medalları ilə təltif edilib. Göygöldə yerləşən küçələrdən biri şəhid baş leytenant Elşad Allahverdiyevin adınadır. Tədbirdə şagirdlər vətənə, torpağa aid şeirlər səsləndiriblər.