• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3544
— 22.11.2021 03:55

Baytar həkimlər üçün təlim keçirilib

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Göygöldə türkiyəli baytarlar təlim keçib. 30 rayondan 40-a yaxın baytar həkim və heyvan mütəxəsislərinə heyvandarlıqda yeni metod və üsullar izah edilib, praktik məşğələlər keçirilib.

Bütün bu sadalanan problemlər təsərrüfatlarda heyvanlar arasında vaxtında aşkar edilməli, ən əsası isə heyvanın boğazlılığının öyrənilməsi təyin olunmalıdır. Bununla da təsərrüfatda fermerin ziyana düşməsinin qarşısı alınmış olur. “İnəklərdə ultrasəslə reproduktivliyin təyini” adlı təlimdə heyvanlarda reproduktiv orqanların inkişaf mərhələləri, vəziyyəti və fizoloji durumu, boğazlılığın ultrasəs aləti ilə təyin edilməsi izah edilib.  Bu aparatla büzovun əvvəlcədən cinsini öyrənmək eləcə də onun ölümünə səbəb ola biləcək xəstəliyi təyin edərək qarşısını almaq da mümkündür.

Mahir Hacıyev - HETİ-nin direktoru: Boğazlılığı təyin eləmə bacarığına malik olan mütəxəsislərin sayı olduqca azdır. Düzdür yaxşı mütəxəsislərdə var ancaq ümumi kütləvi şəkildə olmalıdır ki, təsərrüfatlarda yüksək nəticə alınsın. Kənt Təsərüfatı Nazirliyinin əsas amalı ondan ibarətdir ki, 3 istiqamətdə inkişaf etməliyik. Biz fermerin yanında olmalıyıq, daim innavasiyaları tətbiq etməliyik. Ona görədə bizim inistitutda təlim təşkil olunur.

Heyvandarlıq Elmi Tədqiqat İnstitunun fermasında türkiyəli alimlər tərəfindən keçilən nəzəriyyə heyvanlar üzərində əyani sürətdə göstərilib. Təlimin gələcəkdə davam etdirilməsi nəzərdə tutulur.

 

Elnur Vahidoğlu