KepezTV Player
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Yellicə kəndindən videogörüntülər paylaşıb. Dağətəyi ərazidə yerləşən yaşayış məntəqəsini XIX əsrdə qonşu Keşdək kəndindən köçmüş ailələr salıblar. Oykonim “yelli, küləkli yer” mənasındadır. 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Yellicə kəndi 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan sonra 25 noyabr 2020-ci ildə əzəli sahiblərinə geri qaytarılıb.
- Baxış: 684