KepezTV Player
“Uşaq hüquqları aylığı” çərçivəsində Gəncə Uşaq Evində 20 noyabr Ümumdünya Uşaq Hüquqları Günü münasibəti ilə tədbir keçirilib. Valideyn himayəsindən məhrum uşaqların hüquqlarının qorunması ilə bağlı məsələnin önəmindən bəhs olunub. Azyaşlıların təqdim etdiyi müxtəlif səhnəcik və rəqslər xüsusi maraq doğurub. Hər bir uşağın ailədə yaşamaq hüququ olduğuna diqqət çəkilib. Tədbir Gəncə Uşaq Evi sakinlərinin iştirakı ilə “Mənim də hüquqlarım var” adlı musiqili-bədii hissə ilə davam edib.
- Baxış: 691