KepezTV Player
Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Muzeylərimizi tanıyaq və tanıdırıq” adlı interaktiv ekskursiya layihəsi həyata keçirilir. Layihədə regionlarda yaşayan şəhid ailələrinin, eləcə də aztəminatlı və valideynlərindən birini itirən ailələrin övladları iştirak edirlər. Gəncədən də bu kateqoriyadan olan, 5-11-ci siniflərdə təhsil alan 23 şagird Bakıdakı muzeyləri və tarixi abidələri gəzmək üçün paytaxta yola salınıb. Məktəblilərin 2 gün ərzində Bakıda sözügedən məkanlara ekskursiyası baş tutacaq. Layihə dekabrın sonudək davam edəcək. Gələn həftəsonu da növbəti bir qrup şagird paytaxta göndəriləcək.
- Baxış: 563