KepezTV Player
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşəbbüsü ilə partiyanın yaradılmasının 29 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının əməkdaşları, partiya fəalları və gənclər iştirak ediblər. Gəncənin rəmzi sayılan 29 ədəd xan çinarı ulu öndərin adını daşıyan Heydər Əliyev Park Kompleksinin ərazisində əkilib. Bununla yanaşı ərazi alaq otlardan təmizlənib və əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərilib.
- Baxış: 410