KepezTV Player
Noyabrın ötən dövrü ərzində Dövlət Sərhəd Xidməti mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 25 hektar məsafəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləşdirilib. Bu istiqamətdə dövlət sərhədi boyunca 1230 m məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanıb, 1300 m məsafədə işlər davam etdirilir.
- Baxış: 360