KepezTV Player
Gəncə şəhərində fərdi evdə partlayış olub. Hadisə şəhərin Əlişir Nəvai küçəsində baş verib.Partlayış nəticəsində evin müəyyən hissəsi uçub, evdə olan 44 yaşlı Sahibə Rasim qızı Verdiyeva və oğlu 23 yaşlı Əli Vahid oğlu Verdiyev xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Qadın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qalır. Oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
- Baxış: 553