KepezTV Player
Ermənistanın dövlət sərhədində törətdiyi təxribata cavab olaraq gedən döyüşlərdə şəhid olan hərbçi, əsgər Murad Xəlilovla Şəmkirdə vida mərasimi keçirilib. Çinarlı qəsəbəsində şəhidin yaşadığı evinə gətirilən cənazəsi insan selinin müşayiəti ilə son mənzilə yola salınıb. Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçilər, rayon rəhbərliyi iştirak edib. Şəhid əsgər Murad Xəlilov Çinarlı qəsəbə qəbiristanlığında dəfn edilib. Şəhidin tabutunun büründüyü 3 rəngli Azərbaycan bayrağı qəhrəmanın atasına verilib.
- Baxış: 352