Döyüşlərdə şəhid olan hərbçi Orxan Cabbarovla vida mərasimi anadan olduğu Quba rayonunda keçirilir. Gizir Orxan Cabbarovun cənazəsi Davudoba kəndinə, yaşadığı evə gətirilib. Şəhid gizir Qubada şəhidlər xiyabanında dəfn olunacaq. *** Erməni təxribatı nəticəsində şəhid olan leytenant Niftəliyev Ümid Oruc oğlunun nəşi isə Naxçıvana yola salınıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında şəhidi Müdafiə Nazirliyinin əməkdaşları, Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri yola salıb. Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.
- Baxış: 659