• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 787
— 17.11.2021 20:28

Ermənistanın hərbi bölmələrinin hücumu tam iflasa uğradı

KepezTV Player

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətməklə dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnməyə çalışdılar. Lakin Azərbaycan Ordusu növbəti dəfə qarşı tərəfə lazımi dərs verdi. Qarşı tərəfin döyüş aktivliyinin qarşısı alındı, Azərbaycan Ordusunun bölmələri qarşılarında duran vəzifələri tam icra etdilər. Ərazi itkisinə yol verilmədi. Bütün strateji yüksəkliklər, məntəqələr bölmələrimizin nəzarətindədir. Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistanın hərbi bölmələrinin hücumu isə əməliyyat-taktiki baxımından tam iflasa uğradı. Gəncədən olan millət vəkili Naqif Həmzəyev Kəpəz televiziyasına açıqlamasında Ermənistanın bu təxribatının sülhə kölgə məqsəd daşıdığını vurğulayıb.

Nikol Paşinyan əleyhinə etiraz aksiyası keçirilib

Sərhəddə təxribat törədən ermənilərin Azərbaycan Ordusu tərəfindən cəzalandırılmasının ardınca Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə etiraz aksiyaları başlayıb. İrəvandakı Respublika meydanına xeyli sayda insan toplaşıb. Onlar Nikol Paşinyanın istefasını tələb ediblər.

Naqif Həmzəyev bu barədə də fikirlərini bizimlə bölüşüb. Millət vəkili Ermənistandakı ictimai-siyasi vəziyyətin hələ uzun müddət stabilləşməyəcəyini proqnoz edib, rəsmi İrəvanın növbəti rəzil məğlubiyyətindən düzgün dərs çıxaracağına ümid etdiyini deyib.