• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 780
— 17.11.2021 12:35

Polis məktəblilərlə maarifləndirici söhbət aparıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə şəhərin 4 nömrəli tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” mövzularında görüş keçirilib. Şagirdlrə ölkəmizin gələcəyinin məhz sağlam, savadlı gənclikdən keçdiyi, hər bir məktəblinin zərərli vərdişlərdən uzaq durmalı olduğu ifadə edilib. Tədbirdə eyni zamanda erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi neqativ hallara qarşı mübarizənin təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində, ailədə davamlı olaraq aparılmasının vacibliyi vurğulanıb.