Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu -leytenant Niftəliyev Ümüd Oruc oğlu gizir Cabbarov Orxan Hətəm oğlu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu əsgər Ağayev Elçin Mərifət oğlu əsgər Əlizadə Elmin Samir oğlu əsgər Əliyev Elçin Ramil oğlu və əsgər Xəlilov Murad Qalib oğlu şəhid olub.Döyüşlərdə 10 hərbi qulluqçumuz isə yaralanıb.Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir. "Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə Müdafiə Nazirliyindən vurğulanıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə,Ermənistanın törətdiyi təxribatla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb."Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müxtəlif cinayətlər törədən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan sənədləşdirilmə aparılır", - Baş Prokurorluqdan vurğulanıb.
- Baxış: 392