KepezTV Player
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib. Dəyirmi masada çıxış edənlər tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri olduğunu bildiriblər. Tolerantlığın Azərbaycan modelinin dünya üçün nümunə sayıldığı, Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirildiyi vurğulanıb. Sonda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr olunan kitablar qonaqlara təqdim olunub.
- Baxış: 713