• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 16.11.2021 19:30

Üçüncü doza vaksinə maraq artır

KepezTV Player

Gəncədə indiyə kimi 15 minə yaxın insan karonavirusa yoluxub, onlardan  14 min 66 nəfəri sağalıb. Hazırda 660 nəfər aktiv xəstə olaraq müalicə alır. Gün ərzində şəhər üzrə 50-60 yeni yoluxma halı müəyyən edilir. Bu peyvəndləmə ilə bağlı məsələnin aktuallığını bir daha təsdiqləməklə üçüncu doza vaksinin də vurulmasına əsas yaradır. Xüsusi risk qrupuna daxil olanlarla yanaşı istənilən şəxs ikinci doza vaksinin vurulmasından 5 ay sonra 3-cü doza vaksinasiyadan keçə bilər.

Üçüncü doza, yəni gücləndirici vaksini vurdurmaq üçün vaksinasiya məntəqələrinə müraciət etmək lazımdır. Gəncədə 9 belə məntəqə yaradılıb. Müraciət edən vətəndaşın məntəqədə arterial təzyiqi və tempraturu yoxlanılır və həkim icazəsindən sonra vətəndaşa vaksin vurulur. Gün ərzində Gəncədə 1000-ə yaxın şəxsə COVİD-19 əleyhinə vaksin vurulur ki, bunlardan da 435-i üçüncü dozadır.

Gəncədə peyvənd olunmaq üçün daimi məntəqələr fəaliyyət göstərsə də təyin olunan qrafiklə yeni salınan qəsəbələrdə, təhsil ocaqlarında, eləcə də digər müəsisə və təşkilatlarda səyyar vaksinasiya həyata keçirilir. Peyvənd olunanların pasportlarına üçüncü dozanın vurulduğu tarix də yazılır.

Gəncədə indiyə kimi 277 min 167 nəfər karonavirusa qarşı peyvənd olunub. Bunlardan 138 min 861 birinci, 126 min 482-i isə ikinci dozadır. 11 min 824 nəfərə isə üçüncü doza vaksin vurulub.

 

Elnur Vahidoğlu