• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 16.11.2021 16:13

Şəhid Elşən İsmayılovun ildönümü keçirilib

KepezTV Player

44 günlük Vətən müharibəsində qazanılan qələbə 30 illik əsarətə son qoymaqla torpaqlarımızın işğalına son qoyub. Şəhidlərin qanı ilə suvarılan torpaqların azadlığında 25 mart 1997-ci ildə Şəmkir rayon Seyfəli kəndində anadan olmuş, 3 bacının tək qardaşı İsmayılov Elşən İsa oğlu da var. Ötən ilin bu günü şəhadətə ucalan Elşənin ildönümü münasibətilə keçirilən tədbirdə şəhidin ailə üzvləri, qazilər, şəhidin qohumları, yaxınları iştirak ediblər. Şəhidin məzarı ziyarət edilib. Daha sonra şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə tikilən bulağın açılışı baş tutub. Çıxış edənlər şəhidin keçdiyi şərəfli döyüş yolundan, qəhrəman Azərbaycan igidlərinin hünərindən, mərdliyindən söhbət açıblar.