• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 16.11.2021 16:22

Ermənilərin genişmiqyaslı təxribatları davam edir

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov təxribatlarla bağlı keçirilən brifinqdə bu barədə danışıb.