Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə bağlı daha bir tədbir Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şeyxin məqbərəsi önündə təşkil edilib. Şəhər ictimayyəti, mədəniyyət və incəsənət nümayəndələrinin iştirak etdiyi tədbirdə bu ilin ölkə başçısının sərəncamı ilə Nizami ili olduğu xatırladılıb. Nizaminin qəbrinin üstündə 1947-ci ildə məqbərə ucaldıldığı, 1990-1991-ci illərdə tikilinin yenidən qurulduğu bildirilib. Məqbərə Kompleksi Mədəniyyət Nazirliyinin mədəni irsin qorunması şöbəsinin nəzdində olan 18 qoruqdan birinə çevrilib. Gəncə Dövlət Dram Tetarının aktyoru xalq artisti Alim Məmmədov Nizami Gəncəvi obrazında qonaqları salamladıqdan sonra şeyxin qəbri ziyarət edilib. Nizami Gəncəvinin Muzeyində sərgilənən 600-ə yaxın ekpanatla tanışlıq olub. Burada Nizaminin xarici ölkələrdə olan əlyazmaların nüsxələri, portret və xalçalar da nümayiş etdirilir.
- Baxış: 356