• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1576
— 15.11.2021 20:31

Ermənistanla sərhəddə yeni yaradılan nəzarət-buraxılış məntəqələrinə mediatur olub

KepezTV Player

Dövlət Sərhəd Xidməti Azərbaycan-Ermənistan sərhədində, Qafan-Gorus magistral yolunda yeni yaradılan nəzarət-buraxılış məntəqələrinə mediatur təşkil edib. Qubadlının Eyvazlı kəndində yaradılan nəzarət-buraxılış məntəqəsində DSX-nin, Dövlət Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə xidmət aparır. Məntəqədən İrana məxsus nəqliyyat vasitələri gömrük nəzarətindən qeydiyyatdan keçdikdən və dövlət rüsumunu ödədikdən sonra buraxılır. Orta hesabla gün ərzində 50-dən çox yük avtomobili buraxılır. Keçid üçün 10 noyabr tarixindən başlayaraq dövlət rüsumu tətbiq ediləndən sonra Ermənistan vətəndaşları bu yoldan istifadə etmir. Söhbət zamanı iranlı sürücülər nəzarət-keçid məntəqəsində sənədləri yoxlanıldıqdan sonra rahat şəkildə keçdiklərini, burada xidmətin yüksək şəkildə həyata keçirildiyini bildiriliblər.Mediatur çərçivəsində, həmçinin Zəngilan rayonunun Ermənistanla sərhəddə yerləşən Qazançı kəndində yeni yaradılan nəzarət-buraxılış məntəqəsinə də baş çəkilib.