• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 938
— 14.11.2021 19:42

Goranboydakı qətlin üstü “isti izlərlə” açılıb

KepezTV Player

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb. Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilib. Xəbər verildiyi kimi, noyabrın 13-ü Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla noyabrın 10-u Yevlax şəhər sakini 44 yaşlı Coşqun Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı tanışı 53 yaşlı Qədir Ələsgərovu avtomobillə Yevlax şəhərindən Goranboy rayonu Ballıqaya kəndi ərazisinə gətirərək orada sonuncunun baş nahiyyəsinə daşla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Coşqun Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.