• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1726
— 14.11.2021 20:02

Axıska türkləri anıldı

KepezTV Player

Gəncədə Axıska türklərinin sürgün olunmasının 77-ci ildönümünə həsr edilən anım tədbiri keçirilib. Məhsəti Gəncəvi mərkəzində baş tutan tədbirdə qərb bölgəsində yaşayan 50-yə yaxın Axıska türkü, eləcə də Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk iştirak edib. Çıxış edənlər multikurtural ölkə olan Azərbaycanda bütün xalqlara eyni münasibət göstərildiyi, Axıska türkləri sürgün edilən zaman da ölkəmizin onlara görə təzyiqlərə məruz qalsa belə qucaq açdığı diqqətə çatdırılıb. Hazırda 600 minə yaxın Axıska türkünün dünyanın 10-a yaxın ölkəsində yaşadığı və ən çox məskunlaşdıqları yerlərdən birinin Azərbaycan olduğu qeyd edilib. Həmçinin o da vurğulanıb ki, axıskalılar doğma vətən hesab etdikləri Azərbaycanda 1-ci və 2-ci Qarabağ savaşında vuruşaraq 100-ə yaxın şəhid veriblər. Tədbirin sonunda uşaq və yeniyetmələrin ifasında vətənpərvərllik ruhunda şeirlər səsləndirilib.