• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 13.11.2021 16:39

Regionlara sərnişindaşımada ikinci doza vaksin tələbi

KepezTV Player

Noyabr ayından etibarən paytaxtdan regionlara və əks istiqamətdə hərəkət edən sərnişinlərdən ikinci doza vaksin tələb olunur. Bəs ölkənin ikinci ən böyük şəhəri Gəncədə bu məsələ ilə bağlı tələblərə riayət edilirmi?

Noyabrın əvvəlindən etibarən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından avtomobil nəqliyyatı ilə sərnişin daşımaları həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən COVID-19-a qarşı ikinci doza peyvənd olunması və yaxud immunitet sertifikatının olması tələb olunur. Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 24-də qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilir. Bu istiqamətdə Gəncə Beynəlxalq Avtovağzalında da tələblərə uyğun olaraq tədbirlər görülüb.

Sürayyə Aslanova sərnişin: Goranboya gedirəm.Maska da taxmışam.Vaksinimi də vurdurmuşam.Tövsiyə edirəm ki, hamı vaksin vurdursun.Xahiş də edirəm əllərinizi spirtləyin, özünüzü qoruyun.

Rafiq Məmmədov sərnişin: Sənədlərimi, kimliyimi göstərdim, səliqəli şəkildə biletimi götürdüm əyləşdim. Spirt də vururuq, maska da tələb olunur. Sürücülər də bizdən tələb edirlər ki, qoyulan qayda-qanuna riayət edək.

Girişdə temperaturumu da yoxladılar, vaksin sertifikatı da tələb olundu.Telefonumda var idi göstərdim. Sağ olsunlar, yüksək səviyyədə qarşıladılar.Özüm də bilet aldım çıxdım.

Bəzi hallarda uzun yol qət etməyi bəhanə gətirən sərnişinlər maska taxmaq tələbini pozurlar. Bu zaman sürücülərin də üzərinə böyük məsuliyyət düşür. Onlar avtobuslarda həm gigiyenanın qorunmasına, həm də sərnişinlərin pandemiya qaydalarına riayət etmələrinə nəzarət edirlər.

Mahir Qarayev sürücü: Maşın avtovağzala girdi, sərnişinlər düşdü moykaya gedir. İçi təmizlənir.Spirtlənir.Yuxarı qalxanda da sənədlər alınanda spirtlənir.Sərnişinlər də maska, spirt, Covid-19 pasportu tələb olunur.Gəncəyə gələndə də onun kimi. Covid pasportu tələb olunur, sərnişinlərdən maska tələb olunur. Nəzarət edilir. Spirtlənir.

Avtovağzalda yeni qaydalara əməl etməyən sərnişinlərə biletlərin satılması məhdudlaşdırılıb.İkinci doza vaksini olmayanlara bilet satışından imtina edilməsi barədə ilkin rəqəmlər isə onu göstərir ki, vətəndaş məsuliyyətinə riayət edənlər az deyil.

Valeh Anaroğlu