• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 13.11.2021 16:34

Şəhidin xatirəsinə bulaq inşa edilib

KepezTV Player

Gəncədə şəhid Elşən Həsənovun yaşadığı binanın qarşısında xatirə bulağının açılışı olub. Ailənin sonuncu övladı olan Elşən vətənpərvər, qorxmaz, cəsur oğul olub. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda qızğın gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Düşmənin canlı qüvvələrini,  texnikalarını məhv edib. Elşən Həsənov Fizuli və onun kəndlərinin azad edilməsində igidlik göstərib. Noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra İgidliyə görə və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Tədbirdə şəhidin oxuduğu 44 saylı məktəb liseyin şagirdləri vətənə, şəhidlərə aid şeirlər səsləndiriblər.