• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1188
— 11.11.2021 20:13

Qazanxanalar qışa hazırdır

KepezTV Player

Gəncədə mərkəzləşdirilmiş qaydada isidiləcək bütün binaların qazanxanaları qış mövsümünə hazırdır.Hazırlıq çərçivəsində qurğulara baxş keçirilib, nasazlıqlar aradan qaldırılıb.

Gəncə İstilik Sistemləri İdarəsinin balansında 19 qazanxana var ki, bunlardan 12-i stasionar, 7-i  isə modul tiplidir. Qazanxalardan 16-ı Gəncə, 1-i Şəmkirin orta məktəbi, 2-i isə Göygöl və Samuxda Qarabağ əlilləri üçün tikilən binaları əhatə edir. Qışa hazırlıq çərçivəsində qazanxanalarda cari təmir işləri aparılıb, qaz xətlərində olan sızmalar aradan qaldırılıb, su borularında sınaq yoxlamaları edilib.

Şəmistan Qasımov  çilingər: Qazanxanalarda dövriyyə nasonlarının yağlanmasını etmişik, borularda olan suyu yeniləmişik. Qış mövsümünı hazır olmaq üçün yoxlayıb bərpa edib işə salırıq. Qış mövsümündə də hər hansı problem olarsa onu dərhal aradan qaldırırıq.

Qurumdan bildirilir ki, mərkəzləşdirilmiş qazanxalar maddi cəhətdən və təhlükəsizlik baxımından daha sərfəlidir.

Araz Məmmədov  Gəncə İstilik Sistemləri İstismar Sahəsinin rəisi: Nəzarət ölçü cihazlarının hamısı sınaqdan keçib. Yoxlanılıb təxədədn yerinə quraşdırılıb. Tədbirlər planına uyğun olaraq bizim qazanxanalar payız-qış mövsümünə tam hazırdır. Qazanxanaların hamısı müasir tipli qazanxanalardı. Onlar hamısı avtomatik rejimdə işləyir. Bunlar hamısı CPS rejimindədir. Bizim təmirçi çilingərçilər var. Onlar tez yaranan nasasıqları aradan qaldırırlar.

Ölkədə qış mövsümü noyabırın 15-dən aprelin 15-nə kimi hesab edildiyindən qazanxanalar da məhz bu müddətdə işə salınır.

Elnur Vahidoğlu