KepezTV Player
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Vətən müharibəsində əldə etdiyimiz Qələbənin önəminə toxunularaq, bunun bütün türk dünyası tərəfindən böyük sevinc hissi ilə qarşılandığı bildirilib.Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.
- Baxış: 246