KepezTV Player
Samuxda Zəfər və Bayraq günlərinə həsr olunan tədbir keçirilib. Rayonun Poylu kəndində 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb. Daha sonra hərbi qulluqçular yürüş edərək Azərbaycan bayrağını rayon mərkəzinə gətiriblər. Şəhid ailələrinin də iştirakı ilə Vətən uğrunda can verən qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün abidə kompleksinin açılışı olub. Qarabağ uğunda savaşda şəhid olanların keçdiyi döyüş yolundan, şücaətindən və qəhrəmanlıqlarından bəhs olunub. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Yaradılan bu abidə kompleksi bütün kənd sakinlərinin qürurla üz tutacağı məkanlardan birinə çevriləcək.
- Baxış: 293