KepezTV Player
Gəncədə Bayraq Günü təntənə ilə qeyd olunub. Bayraq Meydanında təşkil edilən tədbirdə şəhər rəhbərliyi, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim çərçivəsində "Vətən müharibəsi Gəncə şəhidləri" və "Zəfər səlnaməsi" adlı kitabların təqdimatı da baş tutub. Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı təqdim edilib. Tədbirin sonunda yeni çap olunan kitablar şəhid ailələrinə paylanıb.
- Baxış: 293