KepezTV Player
Zəfər Günü ilə bağlı tədbirlər Gəncənin tədris müəssisələrində də keçirilib. Şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Tədbirdə şəhid ailələrinin üzvləri və qazilərin də iştirakı müstəsna əhəmiyyəti ilə seçilib. Məqsəd şagirdlərə vətənpərvərlik hissini aşılamaq olan tədbirdə bildirib ki, şəhadətləri ilə tarix yazan qəhrəmanların fədakarlığı, qazilərimizin igidliyi, əsgər və zabitlərimizin şücaəti heç vaxt yaddan çıxmayacaq.
- Baxış: 497