• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 773
— 06.11.2021 19:06

Zəfər günü yürüşü keçirilib

KepezTV Player

Şəmkirin Kür qəsəbəsində Vətən müharibəsində qazanılan tarixi zəfərin ildönümü münasibətilə yürüş keçirilib. Məktəblilər əllərində şəhid olan vətən övladlarının portretləri, 44 günlük haqq savaşına həsr edilən şüarlarla bayraq meydanına qədər olan yolu qət ediblər. Yürüşdən sonar baş tutan tədbirdə Ali baş komandan İlham Əliyev Dəmir yumruq əməliyyatı ilə düşmənə endirdiyi sarsıdıcı zərbədən, işğala son qoyulmasından bəhs olunub. Vətənpərvər oğulların qanı və canı bahasına 30 illik həsrətin bitdiyi, Qarabağın Azərbaycan olduğu bütün dünyaya bir daha sübut olunduğu vurğulanıb. Qarış-qarış, kəndbəkən düşmən taptağından qurtarılan ərazilərdə bu gün həyatın canlandığı, xaraba qalan torpaqların dirçəldildiyi xatırladılıb. Rayon rəsmilərinin, şəhid ailələri üzvlərinin, qazilərin iştirak etdiyi tədbirdə şagirdlərin ifasında Vətən müharibəsinə həsr edilən səhnəciklər nümayiş etdirilərək, şerlər səsləndirilib, mahnılar oxunub, rəqslər ifa edilib.