• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2234
— 06.11.2021 12:13

Sanitar-karantin qaydaları ilə bağlı monitorinq keçirilib

KepezTV Player

Koronavirus infeksiyasının geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində nəzarət –profilaktik tədbirləri davam etdirir. Polis əməkdaşları tərəfindən ictimai nəqliyyat, yəni avtobus və taksilərdə yoxlamalar aparılıb. Sürücülərin tibbi maskadan istifadə etməsinə, COVID-19 pasportunun olub-olmamasına diqqət edilib. Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud qaydaları anlayışla qarşılamalıdır. Karantin qaydalararını pozan şəxslər barəsində inzibati protokol tərtib edilib. ***Polis əməkdaşları tərəfindən şəhər ərazisindəki kafe və restoranlardakı müştəri və personalların COVID-19 pasportunun olub-olmamasını yoxladıqdan sonra monitorinq tədbirləri fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə davam etdirilib. Şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb. Bundan başqa mərasimə dəvət olunan qonaqların COVİD-19 pasportunun olub-olmaması yoxlanılıb. Müqvafiq sənədi olmayan şəxslər restorana buraxılmayıb.