• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1349
— 06.11.2021 11:59

Zəfərə üç gün qalmış...

KepezTV Player

Bir il öncə, senyabrın 27-si başlayan Vətən müharibəsinin 41-cı günü Ordumuzun cəbhə boyu bütün istiqamətlərdə tam üstünlük nümayiş etdirərək, ermənilərə ağır zərbələr endirib, Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı, müdafiə sahəsində 1 tankı və 3 topu məhv edilib, 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Ermənilərin Ağdama atdığı mərmi məktəb binasında dağıntılar törədib, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəyib, sürücüsü xəsarət alıb. Tərtərin atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 2-i yaralanıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, terror cəhdinin qarşısı alınıb.