• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 06.11.2021 12:06

Qarabağ Azərbaycanın daxili işidir

KepezTV Player

"Qarabağ münaqişəsinə artıq son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir". VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusundakı paneldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, ATƏT-in həmsədrlərinin göstərdikləri səylər nəticə vermədiyindən Azərbaycan uğurlu əməliyyat nəticəsində ərazilərini tamamilə işğaldan azad etdi. Cənubi Qafqazda yeni vəziyyətin formalaşdığını, Azərbaycanın Ermənistanı da birgə layihələrə cəlb etmək istəyini vurğulayıb. “Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpasını təmin edəcək. Azərbaycan Ermənistana sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını, sülh müqaviləsinin imzalanmasını istəyir”, - deyə Hikmət Hacıyev əlavə edib.