• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 05.11.2021 20:37

Zəfər Günü qeyd edilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində Zəfər günü ilə bağlı tədbir keçirilib. Tədbirdən öncə qonaqlar universitetin Tələbə parkında ucaldılan Şəhidlər abidəsinin qarşısına gül dəstələri düzüblər. Tədbirdə şəhər rəhbəri, eləcədə Türkiyənin Gəncədəki baş konsulu və müəllim, tələbələr iştirak edib. Çıxışlarda 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlanmasından danışılıb.ADAU-nun 6 əməkdaşı da bu qəhrəmanlıq savaşında iştirak edib. Universitetin tələbələri tərəfindən vətənə, torpağa həsr olunan mahnılar səsləndirilib. Şəhidlərin ruhu hörmətlə anılıb.

İbrahim Cəfərov ADAU-nun rektoru: Azərbaycan Dövlət Aqrar Universiteti bütün ölkədə olduğu kimi, bütün fakültələrdə, kafedralarda, universitetin özündə böyük zəfər bayramları qeyd olunur, tədbirlər keçirilir. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu xalqımızın 30 illik həsrətinə son qoyub.Cəmi 44 günə ərazimizi düşmən işğalından azad edib. Biz bu günlərin qürurunu yaşayırıq.

Nərmin Qurbanova tələbə: Bu gün bizim üçün qürurlu bir gündür ki, 44 günlük Vətən müharibəsində 3000-ə yaxın şəhid verdik. Biz artıq Zəfər gününü qeyd edirik.Bizim üçün böyük bir Zəfər günü və bayraq günü ilə üst-üstə düşməsi bizim üçün həqiqətən qürurludur.

Orxan Muradzadə ADAU TGT-nin sədri: Bu gün Azərbaycan xalqı özünün ən qürurlu ən böyük bayramlarından birini həyata keçirir.Bütün ölkədə olduğu kimi ADAU-da da böyük bir tədbir həyata keçirdik.Hesab edirəm ki, bu tədbiri həyata keçirmək bizim vətəndaşlıq borcumuzdur. Çünki biz müharibədə qələbə qazanmışıq.