• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2351
— 05.11.2021 20:36

Şəhid ailələrinə təltifləri təqdim olunub

KepezTV Player

Gəncədə "Möhtəşəm qələbəmiz  tariximizin zəfər səlnaməsidir" adlı vətənpərvərlik tədbiri keçirilib. Gənclərlə bu istiqamətdə aparılan işlərin intensivliyini artırmaq xarakteri daşıyan tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən təşkil edilib. Şəhərin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin heykəli ziyarət edildikdən sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında olaraq əbədi məşəl abidəsi önünə tər çiçəklər düzüblər. Zəfər gününə həsr edilən tədbirdə Xidmətin Nizami rayon şöbəsinin rəisi Lətif Heydərov 44 günlük müharibədə vətən oğullarının qəhrəmanlığından söz açıb. Dəmir yumruq əməliyyatı nəticəsində işğal altında olan torpaqların azad edildiyi, ölkə suverenliyinin bərpa olunduğu vurğulanıb. Çıxışlarda şəhid ailələri və qazilərin dövlətin diqqəti ilə əhatə olunduğu, onların qayğıları ilə mütəmadi olaraq maraqlanıldığı vurğulanıb. Ölkə prezidentinin sərəncamları ilə müxrəlif medallara layiq görülən şəhidlərin təltifləri alə üzvlərinə təqdim olunub.