• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1226
— 02.11.2021 16:04

Məktəblilərin idman yarışları keçirilir

KepezTV Player

Təhsil Nazirliyinin 8 noyabr zəfər gününə həsr olunan silsilə tədbirləri çərçivəsində Gəncədə məktəblilər arasında idman yarışları keçirilir. Artıq basketbol və voleybol üzrə mübarizələrin final mərhələsi baş tutub. 7, 8 və 9 siniflərin qatıldığı birincilikdə oğlanlar arasında basketbolun 3-ə 3 növü üzrə komandalar güclünü ayırd edib. Digər bir yarışda qız voleybolçular qalib olmaq üçün bacarıqlarını ortaya qoyublar. 10 günə yaxındır davam edən yarışların yekununda basketbolda 19, voleybol yarışlarında isə 39 nömrəli məktəbin komandaları qalib olublar. Qarşıdakı günlərdə zəfər günü münasibətilə şagirdlər arasında şahmat birinciliyi də təşkil olunacaq.