Gəncədə fəaliyət göstərən "Şahzadə" şadlıq sarayında pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, <br>yoxlama zamanı müvafiq portaldan rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi Vidadi Mirzəyev inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara məlumat verilib.
- Baxış: 865