• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1583
— 28.10.2021 19:09

2 nəfər müəllim COVİD 19 xəstəliyindən vəfat edib

KepezTV Player

Gəncənin orta məktəblərində dərs deyən 2 müəllim koronavirusdan dünyasını dəyişib, 4 məktəbdə 4 sinif tədrisi distant formada aparır. Eləcə də müəllimlərin 3-cü doza vaksinasiyası və məktəblərin dezinfeksiyası aparılır. Şəhər təhsilində Covid-19-la bağlı real vəziyyət barədə əməkdaşımız Elnur Vahidoğlu danışacaq.

Gəncədə 47 minə yaxın məktəblinin 72-də koronavirus aşkarlandığından dərslərdə iştirak etmirlər. Xəstəliyin kütləvi yayıldığına görə, 14, 18,  24 və 29 nömrəli məktəbin hərbirində 1 sini9f olmaqla ibtidai siniflər distant təhsilə keçib. Müəllim və texniki heyyətdən isə 74 nəfərin COVİD 19 testinin cavabı müsbət çıxıb. Bu ay şəhərin 20 nömrəli orta məktəbin 63 yaşlı İngilis dili müəllimi Lətifə Cavadova və 29 nömrəli məktəbin 55 yaşlı musiqi müəllimi Sevinc İbrahimova COVİD 19-dan vəfat ediblər.

Oktyabırın 25-dən isə Gəncənin məktəblərinin müəllimlərinin üçüncü doza vaksinasiyasına başlanılıb. Bunun üçün təhsil ocaqlarında xüsusi məntəqələr yaradılıb. son məlumata görə, 613 müəllim vaksinin 3-cü dozasını vurdurub.

Bununla paralel təyin olunan qrafiklə şəhərin orta məktəblərində  dezinfeksiya işləri də aparılır. 45 orta məktəbin yarıdan çoxu dezinfeksiya edilib. Dezinfeksiya işləri günün ikinci yarısı eləcə də həftə sonların aparılır. Bu ayın sonuan kimi isə bütün məktəblər dezinfeksiya olunacaq.

 

Elnur Vahidoğlu